RU

Goranboyda yük maşını yanıb

Goranboy rayonunda qəzaya düşən yük maşını yanıb.

Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu yük maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir işıq dirəyinə çırpılıb. Qəza nəticəsində yük maşınında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib, yanğın söndürülüb.

Məlumata görə, yük maşınının yük yerində hərbi texnika olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
11
7
anews.az

8Источники