RU

Tramp hakimiyyətə gələnə qədər ABŞ-yə 25 milyon miqrant daxil olub

ABŞ Prezidenti Donald Tramp prezident vəzifəsinə başlamazdan əvvəl təxminən 25 milyon insanın ölkəyə qanunsuz daxil olduğunu bildirib.

"Report" xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

"Siz daha kiçik rəqəmdən danışırsınız, amma mən deyirəm ki, 25 milyon insan qeyri-qanuni şəkildə daxil olub. İndi onların çoxu gedib. 11 mindən çox qatilimiz var idi. Onların bir çoxunu deportasiya etmişik. Bu insanların çoxu ölkədən çıxarılıb, gəldikləri yerə qaytarılıb, bəzi hallarda isə çox təhlükəli olduqları üçün həbs ediliblər", - ABŞ prezidenti əlavə edib.
Избранный
9
3
sherg.az

4Источники