RU

Oktyabrın 1 i qüvvəyə minməli olan qərar bəzi avtobuslara vaxtından əvvəl şamil edilib? AYNA dan ANLAŞILMAYAN CAVAB

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İctimai nəqliyyatda gediş haqqının artırılması barədə rəsmi qərarın sabah, yəni oktyabrın 1-dən qüvvəyə minməsinə baxmayaraq, paytaxtda bəzi marşrutlarda artımın indidən tətbiq edildiyi iddia olunur.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, şikayətlər 104 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən avtobuslarla bağlıdır.

Sakinlər bildirirlər ki, qərarın qüvvəyə minəcəyi tarixdən əvvəl - sentyabrın 30-da (bəzi iddialara görə, hətta şənbə günündən) etibarən bu marşrutda gediş haqqı artıq 55 qəpik təşkil edir.

Məsələ ilə bağlı 104 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən dispetçer maraqlı açıqlama verib. O iddia edib ki, bu marşrut ("Həzi Aslanov" metrostansiyasının yaxınlığından Yeni Suraxanıya qədər) uzun məsafəyə görə əslində əvvəldən 55 qəpik təyin olunub.

Dispetçerin sözlərinə görə, əvvəl köhnə avtobuslar işlədiyi və kartla ödənişə keçmədiyi üçün sərnişinlərə 5 qəpiyi qaytarmaq çətin idi, bu səbəbdən 50 qəpik alınırdı. İndi isə xəttə yeni "BakuBus" avtobusları buraxılıb və nağdsız ödənişə keçildiyindən, gediş haqqı kart balansından tam 55 qəpik çıxılır. Sürücü isə yalnız şirkət rəhbərliyi tərəfindən təyin olunan tariflə hərəkət etdiyini bildirib.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumatda qeyd olunur ki, 104 nömrəli marşrutda nağdsız ödənişin tətbiqi, marşrutun uzunluğu və sərnişinlərin istifadəsi nəzərə alınaraq tarif 55 qəpik təyin edilib. Agentliyin açıqlamasında bu tarifin yeni qərarla bağlı olub-olmadığına aydınlıq gətirilməyib. Fakt isə budur ki, sərnişinlər rəsmi qüvvəyəminmə tarixindən əvvəl artırılmış gediş haqqı ilə üzləşdiklərini iddia edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
2
baku.ws

3Источники