Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Futbolun İnkişaf Fondu - FİF vasitəçiliyi ilə “Şahdağ Qusar” futbol klubunun növbəti tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, “İsmikhanlı” şirkəti ilə əldə olunan razılaşma çərçivəsində tərəfdaşlıq müqaviləsini “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev və şirkətin direktoru Nəcəf Cəfərli imzalayıblar. Anlaşmaya əsasən, “İsmikhanlı” MMC-nin “FrutRis” brendinin loqosu klubun oyun köynəyinin çiyin hissəsində yerləşdiriləcək və şirkətə digər reklam hüquqları veriləcək.
Qeyd edək ki, “İsmikhanlı” MMC 2009-cu ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkət tumlu və çəyirdəkli meyvələrin istehsalı və satışı, kalibrləşmə və soyuducu anbarlarda saxlanc xidmətləri ilə məşğuldur.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.