RU

Durovu zəhərləyərək öldürmək istəyiblər

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Telegram"ın qurucusu Pavel Durov şəbəkəni bloklamaq cəhdlərindən sonra zəhərlənib.

"Unikal" xəbər verir ki, bu barədə Durov amerikalı jurnalist Leks Fridmanın aparıcılığı ilə yayımlanan podkastda danışıb. O,  2018-ci ildə "Telegram"ın təzyiq altında olduğu vaxt az qala zəhərlənmənin qurbanı olacağını açıqlayıb. Belə ki, həmin vaxt şirkət TON kriptovalyutasını işə salmağa çalışırdı və bir neçə ölkə bu xidməti bloklamağa başladı.

Durov "qəribə qonşusu" tərəfindən zəhərləndiyini və hadisənin kirayədə qaldığı qəsəbə evində baş verdiyini deyib.  

"Qapının yanına nəsə qoyub getdi. Bir saat sonra artıq yataqda olanda özümü çox pis hiss etdim, bütün bədənim ağrıyırdı. Ayağa qalxanda əvvəlcə görmə və eşitmə, sonra nəfəs almaqda çətinlik çəkdim və bütün bunlar çox kəskin ağrı ilə müşayiət olundu. Ürəyim, mədəm, bütün qan damarlarım ağrıyırdı. Bunu izah etmək çətindir", - deyə Durov qeyd edib. O bildirib ki, jəmin vaxtdan etibarən o, hər yeni günü bir hədiyyə hesab edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
unikal.az

10Источники