RU

Məni öldürmək istəyirdilər Durovdan sensasion açıqlama VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Telegram”ın qurucusu Pavel Durov 2018-ci ildə həyatına sui-qəsd cəhdi barədə açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, bloger Leks Fridmana müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, şübhəli şəxs onun evinin qapısına “hədiyyə” qoyub. Bir saat sonra isə Pavel Durov bədənində dözülməz ağrılar hiss etməyə başlayıb, gözləri və qulaqları tutulub və nəfəsi daralaraq boğulmağa başlayıb.

“Elə bildim ki, bu, artıq sondur, çünki nəfəs ala bilmirdim, heç nə görmürdüm. Çox ağrım var idi. Düşündüm: №Hər şey bitdi”. Bütün həyatım gözümün önündən keçdi, xatırladım ki, mən yaxşı yaşamışam, bir çox şeyləri etməyə imkanım olub. Və yıxıldım”, – o danışıb.

Səhər açılanda isə o, sağ qaldığını, bədənində damarların zədələndiyini görüb. İki həftə ərzində isə yeriyə bilmədiyini bildirib.

Bu etiraf sosial şəbəkələrdə böyük rezonans doğurub.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
globalinfo.az

1Источники