RU

Tayvan ABŞ-nin çip istehsalını bölüşdürmək təklifini rədd edəcək

Rəsmi Taybey yarımkeçirici sənayesinin əhəmiyyətinə görə istehsalın 50%-ni ABŞ-a köçürməyə razılıq vermir...

Poliqon xəbər verir ki, Tayvan hakimiyyəti ABŞ-ın çip istehsalı ilə bağlı irəli sürdüyü təklifi qəbul etməyəcək. Söhbət istehsalın yarısının Tayvanda, digər yarısının isə ABŞ-da həyata keçirilməsindən gedir. Reuters yazır ki, bu barədə məlumatı tariflər üzrə danışıqlardan qayıdan, adının açıqlanmasını istəməyən Taybey rəsmisi verib.

Hazırda dünya üzrə istehsal olunan yarımkeçiricilərin böyük əksəriyyəti məhz Tayvanda hazırlanır. ABŞ isə son illərdə texnoloji təhlükəsizliyi və strateji müstəqilliyi təmin etmək məqsədilə istehsalın bir hissəsini öz ərazisinə çəkməyə çalışır.

Xatırladaq ki, ötən həftəsonu ABŞ-ın ticarət naziri Hovard Lyutnik News Nation telekanalına açıqlamasında Vaşinqtonun Tayvana “istehsalın 50%-50% prinsipi ilə bölüşdürülməsi” barədə rəsmi təklif verdiyini bildirmişdi. Lakin Tayvan tərəfi bu planın ölkənin iqtisadi və geosiyasi maraqlarına zidd olduğunu hesab edir.

Mütəxəssislərin fikrincə, Tayvanın bu mövqeyi onun yarımkeçirici sənayesini strateji üstünlük kimi qorumağa çalışdığını göstərir. ABŞ-la danışıqlar isə yaxın aylarda davam etdiriləcək.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники