RU

İrana hücumla bağlı hazırlıq gedir: bu dəfə fərqli olacaq! Dəhşətli ssenari

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və İsrailin İrana yenidən hücuma keçəcəyinə dair məlumatlar yayılır. Prezident Donald Trampın bu ölkədəki nüvə obyektləri ilə bağlı açıqlaması narahatlığı artırıb. Tramp İrana hücum edilməyəcəyi təqdirdə bu ölkənin 2 ay ərzində nüvə silahı əldə edəcəyini bildirib. Son məlumatlara görə, ABŞ artıq hərbi aktivliyi artırıb.

Digər tərəfdən, Rusiya da İrana hücum təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Yaxın günlərdə İsrail-İran müharibəsi başlaya bilərmi? Budəfəki qarşıdurma nə ilə nəticələnəcək?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, İsrail 12 günlük müharibədə gözlədiyi nəticələrə nail ola bilmədi:

“Yenə də İran özünün hərbi potənsialını saxlamaqda, proksi qüvvələri vasitəsilə İsrailə zərbələr endirməkdədir. Bu isə İsrailin öz ərazilərini genişləndirmək və regional lider olmaq arzusunun üstündən xətt çəkir.

Bununla yanaşı Birləşmiş Ştatlar da İrana edilən hücumun nəticələrindən razı qalmayıb. Çünki İranın nüvə silahı əldə etmək imkanları qalmaqdadır və bu da ABŞ-ın Yaxın Şərq planlarını pozur.

İran ətrafında situasiyanın təhlili göstərir ki, müharibənin yenidən başlamaq ehtimalı yüksəkdir. Çünki tərəflərdən heç biri özünü məğlub hesab etmir.

Budəfəki müharibə əvvəlkindən daha dağıdıcı olacaq. Tərəflər ötən müddət ərzində bir-birinin zəif tərəflərini müəyyən ediblər. İlk növbədə ora zərbələr endirəcəklər. Həm də daha güclü və dağıdıcı silahlar istifadə edə bilərlər. Bundan başqa müharibə başlayarsa, siyasi səhnədə olan bölünmə münaqişə müstəvisində də özünü göstərəcək. Bu dəfə İranın artıq gizli şəkildə deyil, açıq müdafiəsini də müşahidə edə bilərik. Nəticədə region üçün daha təhlükəli ssenarilərin meydana çıxmaq ehtimalı yaranacaq”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
globalinfo.az

1Источники