RU

ABŞ Rusiyanın sərhədlərinə yaxın ərazilərə sualtı qayıqlara qarşı təyyarələr göndərib

P-8 Poseidon patrul təyyarələri Şimali Avropa və Baltik dənizində izləmə və kəşfiyyat aparacaq...

Poliqon "Newsweek" portalına istinadən xəbər verir ki, ABŞ Rusiyanın sərhədlərinə yaxın bölgələrdə hərbi aktivliyini artıraraq Norveçə əlavə P-8 Poseidon tipli patrul və qarşı-sualtı qayıq təyyarələri yerləşdirib. Bu təyyarələr Şimali Avropa və Baltik dənizi hövzəsində kəşfiyyat və müşahidə missiyalarında istifadə olunacaq.

"Newsweek" yazır ki, ötən həftə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus P-8 təyyarələrindən biri Oslodan qalxaraq Baltik dənizi üzərindən uçuş həyata keçirib və Rusiyanın Kalininqrad sahillərinə yaxın ərazilərdə müşahidə aparıb. Kalininqrad bölgəsi NATO müttəfiqləri olan Polşa və Litva ilə həmsərhəddir və ABŞ üçün strateji əhəmiyyət kəsb edir.

Norveç Silahlı Qüvvələrinin operativ qərargahının nümayəndəsi Brinyar Stordal təsdiqləyib ki, ABŞ təyyarələri artıq bir həftədən çoxdur Osloda yerləşdirilib. Lakin o, onların dəqiq missiyaları və sayı barədə məlumat verməyib.

Qeyd olunur ki, P-8 Poseidon təyyarələrinin bölgəyə göndərilməsinə səbəb son aylarda Polşa, Danimarka və Norveçin hava məkanında naməlum pilotsuz uçuş aparatlarının görünməsi ilə bağlı məlumatların çoxalmasıdır. Bu isə NATO müttəfiqləri arasında təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники