"Gəncə" ötən mövsüm klubun heyətində çıxış edən basketbolçu Barrel Romelo ilə müqavilənin müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisindən məlumat verilib.
ABŞ-dən olan oyunçu daha bir təqvim ilində Gəncə klubunun şərəfini qoruyacaq.