Rusiya Dövlət Dumasının deputatı Andrey Svintsov parlamentdə “Volodya” adlı Çin istehsalı robot köməkçi işə götürüb.
Musavat.com xəbər verir ki, bu barədə o, Gazeta.ru-ya bildirib.
Deputatın sözlərinə görə, robota vacib dövlət sənədlərinin idarə olunması tapşırılmayacaq. O, əsasən çamadanların daşınması, partiya ləvazimatlarının paylanması və texniki işlərdə istifadə ediləcək.
Məlumat üçün bildirək ki, “Volodya” robotu ilk dəfə bu ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda təqdim olunub. Model 2024-cü ildən Çinin “Unitree Robotics” şirkəti tərəfindən istehsal edilir. KİV-in yazdığına görə, bu robot kütləvi istehsaldadır və Rusiyada təxminən 2,7 milyon rubla satılır.
Robotun Rusiya süni intellekt sistemi ilə təchiz ediləcəyi və yeni proqram təminatının sınaqlarında istifadə olunacağı vurğulanır.
Musavat.com