"Qarabağ" bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi "Kopenhagen"i qəbul edəcək.
Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
"Qarabağ" ilk turda səfərdə "Benfika"nı 3:2 hesabı ilə məğlub edib.
"Kopenhagen" isə "Bayer"lə heç-heçə oynayıb - 2:2.
Marko Yankoviçdən başqa "Qarabağ"ın heyətində ciddi itki yoxdur.
Çempionlar Liqası, Liqa mərhələsi II tur
1 oktyabr (çərşənbə)
20:45. “Qarabağ” - “Kopenhagen”
Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu