RU

Rusiya bizi inandırmağa çalışır ki, ayıdır Uitaker

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən məyusdur. Çünki hər dəfə o, Kreml rəhbərinə sülh təklifi irəli sürdükdə, Putin buna Ukrayna ərazisinə kütləvi atəşlə cavab verir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib.

O qeyd edib ki, Ukraynaya qarşı dörd ilə yaxın davam edən genişmiqyaslı hərbi təcavüz nəticəsində Rusiya təxminən bir milyon əsgər itirib.

O qeyd edib ki, Rusiya hamını inandırmağa çalışır ki, guya o, “ayı”dır, “kağız pələngi” deyil:

"Hətta ilbiz belə artıq Ukrayna-Rusiya sərhədini keçib Polşaya çata bilərdi. Amma onlar (Rusiya ordusu – red.) heç olmasa ilbiz sürəti ilə hərəkət edə bilmirlər. Sonra isə Rusiya bizi inandırmağa çalışır ki, o, “ayı”dır, “kağız pələngi” deyil. Bu müharibə mənasızdır və bitməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
8
1
axar.az

2Источники