RU

Müttəfiqindən Zelenskiyə rədd cavabı: Edə bilmərik!

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin tələbinə görə Baltik dənizini bağlamaq fikrində deyilik”.

Globalinfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navroçki deyib.

“Rusiyanın iddia edilən kölgə donanmasına görə belə qərarlar verə bilmərik. Biz təkcə Zelenskinin sözlərinə əsaslanaraq addım atmamalıyıq, çünki bunun konkret sosial və iqtisadi nəticələri olacaq”, – deyə o bildirib.

Navroçki qeyd edib ki, Baltik dənizindəki hadisələr narahatlıq doğurur və buna görə də təhlükəsizlik hər şeydən üstün olmalıdır:

“Baltikyanı ölkələrin liderləri, eləcə də Polşa Milli Təhlükəsizlik Bürosu hazırkı durumu izləyir”.

Polşa prezidentinin sözlərinə görə, Baltik dənizinin bağlanması ideyasına yalnız hərbçilərlə məsləhətləşmələrdən sonra baxıla bilər.

Əliyar Xəlil

Globalinfo.az  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники