RU

Parlament prospektində avtomobil yandı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu,  Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və  salonu yanıb.


Избранный
32
8
news24.az

10Источники