RU

Almaniyanın Münhen şəhərində atışma və partlayışlar: İki cəsəd aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın Münhen şəhərinin Lerxenauer-ştrass küçəsində atışma və partlayışlar baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bild" nəşri məlumat verib.
Məlumata görə, oktyabrın 1-də səhər saatlarından etibarən Münhenin şimalında genişmiqyaslı polis və yanğınsöndürmə əməliyyatları aparılır. Hadisə yerində, həmçinin xüsusi təyinatlılar və partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssislər də işləyirlər.
Bildirilib ki, şəhərdə bir neçə partlayış baş verib, eyni zamanda, atışma səsləri eşidilib.
Nəşrin jurnalistlərinin məlumatına görə, üzərində güllə yaraları olan bir kişinin və daha bir şəxsin cəsədi aşkarlanıb. Cinayətin dəqiq başvermə şəraiti hələlik məlum deyil, lakin bütün əlamətlər qətlin affekt vəziyyətində törədildiyini göstərir.
Polis geniş ərazini mühasirəyə alıb, sakinlərə və sürücülərə ərazidən uzaq durmağı və ya ətrafından keçməyi tövsiyə edir.
Избранный
47
50
oxu.az

10Источники