RU

III MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 7 idman növü üzrə yarışlar keçiriləcək.
 
Moderator.az xəbər verir ki, Qəbələ Şəhər Stadionunda futbol turnirin növbəti matçarı oynanılacaq.
 
A qrupunda yer alan Azərbaycan yığması Qırğızıstanla, B qrupunda isə Rusiya seçməsi Özbəkistanla qarşılaşacaq.
 
Qəbələ Olimpiya İdman Kompleksində badminton yarışları davam edəcək. A və B qruplarında növbəti görüşlər, həmçinin yarımfinal oyunları keçiriləcək.
 
Qəbələ Atıcılıq Klubunda keçirilən atıcılıq yarışlarına yekun vurulacaq. Stend atıcılığının "trap" və "skeet" növləri üzrə sonuncu mərhələlər baş tutacaq.
 
Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası yarışlarına start veriləcək.
 
Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarının növbəti döyüşləri təşkil olunacaq.
 
Gəncə İdman Sarayında isə üzgüçülük və voleybol yarışları davam edəcək.
 
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Избранный
21
4
moderator.az

10Источники