RU

Bu il xaricdə təhsil alan tələbələrin sayı açıqlandı

2025-2026-cı tədris ili üzrə dövlət xətti ilə xaricdə təhsil alacaq Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində bu il 201 nəfər Azərbaycan vətəndaşı müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 130 nəfəri Macarıstan, 43 nəfəri Çin, 8 nəfəri Rumıniya, 10 nəfəri Latviya və 10 nəfəri Qazaxıstanda təhsil alacaq.

Qurumdan o da qeyd olunub ki, digər ölkələr üzrə HTP çərçivəsində namizədlərin yekun nəticələri qarşı tərəfin təsdiqini gözləyir və bu barədə əlavə məlumat yaxın vaxtlarda açıqlanacaq.

Bundan başqa, Dövlət Proqramı çərçivəsində 2025-2026-cı tədris ili üzrə 500 nəfər iştirakçı dünyanın 14 ölkəsindəki 64 nüfuzlu universitetdə təhsil alacaq.

Beləliklə, bu il dövlət xətti ilə xaricdə təhsil alacaq tələbələrin ümumi sayı 700 nəfərə yaxın olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
1
olaylar.az

2Источники