RU

Rusiyada nəhəng neft emalı zavodu yanır: Ukrayna vurmayıb

Rusiyanın Yaroslavl vilayətində neft emalı zavodunda yanğın baş verib.

Publika.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Mixail Yevrayev “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, hadisə yerində təcili xidmətlər işləyir. Qubernator yanğının miqyası ilə bağlı heç bir məlumat verməyib.

Yevrayev zavoddakı yanğının pilotsuz təyyarənin hücumu nəticəsində baş vermədiyini vurğulayıb. O, fövqəladə vəziyyətin texnogen olduğunu bildirib.

Избранный
28
3
publika.az

4Источники