RU

AMEA-da 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı araşdırma aparılır - Baş Prokuror

Azərbaycan Milli Elmlər Akademiyasında 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı araşdırma hərtərəfli aparılır.

Day.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

"Məndə olan məlumata görə artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat veriləcək".

Избранный
14
23
day.az

10Источники