RU

ABŞ səfirliyindən xəbərdarlıq: “Yenilənmələr aparılmayacaq”

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

“Maliyyələşmənin dayandırılması ilə əlaqədar olaraq “Facebook” sosial media hesabımızda tam fəaliyyət bərpa olunana qədər mütəmadi yenilənmələr aparılmayacaq”.

Yeniavaz.com xəbər xerir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, istisna yalnız təxirəsalınmaz hallar və təhlükəsizliklə bağlı vacib məlumatlara aiddir.

“Hazırda ABŞ-də eləcə də xaricdəki ABŞ səfirlikləri və konsulluqlarında planlaşdırılmış pasport və viza tranzit xidmətləri imkan daxilində, maliyyələşmənin dayandırıldığı müddətdə də davam etdiriləcək. Sosial media hesablarımızda yenilənmələr yalnız tam fəaliyyət bərpa olunduqdan sonra davam etdiriləcək. Təxirəsalınmaz və təhlükəsizliklə bağlı məlumatlar istisnadır. Xidmətlərimiz və fəaliyyətimizin cari statusu ilə bağlı ən son məlumatlar üçün travel.state.gov saytına daxil olun”, - deyə səfirliyin məlumatında bildirilib.Murad Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
24
yeniavaz.com

10Источники