UEFA Çempionlar Liqasının əsas mərhələsindəbu axşam II tur çərçivəsində daha 9 qarşılaşma keçiriləcək. Matçlardan ikisi Bakı vaxtı ilə 20:45-də, digərləri 23:00-da start götürəcək. Azərbaycan təmsilçisi "Qarabağ" Danimarka "Kopenhagen"i ilə 20:45-də üz üzə gələcək. Günün maraqla gözlənilən dueli İspaniyada baş tutacaq. "Barselona" evdə Fransanın PSJ kollektivi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka)
20:45. "Yunion" (Belçika) – "Nyukasl" (İngiltərə)
23:00. "Barselona" (İspaniya) – PSJ (Fransa)
23:00. "Monako" (Fransa) – "Mançester Siti" (İngiltərə)
23:00. "Borussiya" (Dortmund, Almaniya) – "Atletik" (İspaniya)
23:00. "Napoli" (İtaliya) – "Sportinq" (Portuqaliya)
23:00. "Vilyarreal" (İspaniya) – "Yuventus" (İtaliya)
23:00. "Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan)
23:00. "Bayer 04" (Almaniya) – PSV (Nİderland)
Qeyd edək ki, II turun digər doqquz görüşü ötən gün keçirilib