RU

Bakıda Çempionlar Liqası həyəcanı – “Qarabağ” - “Kopenhagen” qarşılaşması

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

News24.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" komandası ilə heç-heçə edib - 2:2.


Избранный
45
18
news24.az

10Источники