RU

Qətərdə Qəzza planına düzəlişlər müzakirə olunur - ÖZƏL

ABŞ prezidenti Donald Trampın Qəzzada vəziyyətin tənzimlənməsinə dair təklif etdiyi plan dəyişdirilə bilər. Olaylar.az xəbər verir ki, bu barədə "Asharq News" məlumat yayıb. Bildirilir ki, Qətərin paytaxtı Dohada HƏMAS, Qətər, Misir və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələrdə Amerika planına müəyyən düzəlişlərin edilməsi istisna olunmur. Qeyd edək ki, radikal "İslam Cihadı" hərəkatının baş katibi Ziyad ən-Nahhalə daha əvvəl Trampın atəşkəs planının reallaşdırılmasının fələstinlilərə qarşı təcavüzü davam etdirəcəyini və bütün region üçün mənfi nəticələr doğuracağını bəyan etmişdi. Onun sözlərinə görə, Tramp və İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən elan olunan təşəbbüs əslində yalnız ABŞ və İsrail arasında razılaşmadır. Ən-Nahhalə vurğulayıb ki, fələstinlilər yalnız onların əsas prinsiplərinə uyğun olan sülh planını qəbul etməyə hazırdırlar. Bu prinsiplərin başlıcası - yəhudi və fələstin dövlətlərinin yanaşı mövcudluğunu nəzərdə tutan iki dövlətli həll yoludur.
"The Wall Street Journal" yazır ki, Trampın planı hazırlanarkən İsrail tərəfi bir sıra düzəlişlər edib. Ən diqqətçəkəni dövlətçilik məsələsi ilə bağlıdır. Belə ki, sənəddə fələstin dövlətinin yaradılması ehtimalı göstərilsə də, iki dövlətli həllə dair birbaşa qeyd yoxdur. Ekspertlərin fikrincə, bu yanaşma Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin planı maliyyələşdirməsini çətinləşdirir.
Ağ Ev 29 sentyabrda Trampın 20 maddədən ibarət "hərtərəfli plan"ını açıqlayıb. Sənəddə Qəzzada müvəqqəti xarici idarəetmə, beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsi və HƏMAS-ın hakimiyyətə qayıtmasının qarşısının alınması nəzərdə tutulur. İsrail planı dəstəklədiyini açıqlayıb. Tramp isə bildirib ki, HƏMAS təklifləri nəzərdən keçirmək üçün 3-4 gün vaxt alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники