RU

Münhen şəhərində partlayış olub

Münhen

Almaniyanın Münhen şəhərində insanların gur olduğu küçələrdən birində - LerXenauer Strasse-də partlayış baş verib.

Reyting.az
-ın məlumatına görə, hadisə yerinə çoxlu sayda polis və yanğınsöndürən göndərilib.

Səlahiyyətlilər geniş ərazinin mühasirəyə alındığını və əməliyyatın davam etdiyini açıqlayıb.

Polis sözçüsü yolun əhəmiyyətli hissəsinin bağlandığını təsdiqləyib, lakin hadisənin səbəbi ilə bağlı hələlik dəqiq məlumat verilməyib.

“Bild” qəzeti bölgədə partlayış və silah səslərinin eşidildiyini iddia edib.

Məlumatda bir nəfərin hadisə yerində öldüyü, bir nəfərin yaralandığı bildirilir. Bununla belə, hadisənin necə başladığı və partlayışa nəyin səbəb olması hələlik məlum deyil.

V. QULİYEV
Избранный
12
reyting.az

1Источники