RU

Millinin yeni çalışdırıcısı ONLARı özünə köməkçi götürdü

Dünən millinin sükanı arxasına keçən Ayxan Abbasovun burada kimlərlə işləyəcəyi dəqiqləşib.

O, U-21-də birgə çalışdığı korpusu bura gətirib.

Beləliklə, gənc mütəxəssisin əsas köməkçisi Elnur Çodarov olacaq. Qapıçılar üzrə yardımçı vəzifəsini isə Kamil Qafarov yerinə yetirəcək.

Həmçinin Cavad Mirzəyev, Vüsal Qarayev və Vüqar Mustafayev ölkənin əsas komandasında fəaliyyət göstərəcək.

A.Abbasov artıq islahatlara start verib. 44 yaşlı çalışdırıcının gördüyü ilk iş iki nəfərlə vidalaşmaq olub.

Belə ki, çalışdırıcı Fernandu Santuşun korpusunda yer almış Rəşad Eyyubov və Kamran Ağayevlə yolları ayırıb.

SPORTİNFO.AZ

Избранный
11
2
sportinfo.az

3Источники