RU

Odessa şəhəri su altında: Ölənlər var

Ukraynanın Odessa vilayəti və Odessa şəhərində güclü yağışlar nəticəsində daşqın baş verib...

Nəticədə şəxsi evləri, zirzəmiləri və yolları su basıb, ictimai nəqliyyatın hərəkəti dayanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, Odessa vilayətində kəskin hava şəraiti səbəbindən biri uşaq olmaqla, 9 nəfər həyatını itirib. Bu gün səhər saatlarında isə itkin düşmüş hesab edilən qadın tapılıb.

Həmçinin Odessa meri Gennadi Truxanov özünün "Telegram" kanalında vəziyyətlə bağlı paylaşım edib.
Onun sözlərinə görə, oktyabrın 1-də əlverişsiz hava şəraiti və yağış davam edəcək.

Truxanov qeyd edib ki, sentyabrın 30-da Odessaya yeddi saat ərzində təxminən ikiaylıq yağıntı düşüb. Buna görə də şəhərin yağış kanalizasiya sistemi belə bir yükə tab gətirə bilməyib.

O vurğulayıb ki, Odessada hazırkı vəziyyət çətindir, lakin nəzarət altındadır. O, bütün fövqəladə hallar xidmətlərinə təşəkkür edib.
Xilasedicilər maşınları sudan çıxarır və insanlara kömək edirlər. Şiddətli yağış zamanı yerli sakinlərdən evdə qalmaları xahiş olunub. Xilasetmə və təxliyə işləri davam edir.
və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir və barəsində məhkəmə tərəfindən dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Poliqon.info

Избранный
21
2
poliqon.info

3Источники