RU

Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Kopenhagen”lə üz-üzə gələcək

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Qeyd edək ki, “Qarabağ” I turda Portuqaliyada “Benfika”nı məğlub edib – 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” komandası ilə heç-heçə edib – 2:2.

Избранный
11
18
heftelik.az

10Источники