Bakı, TurkicWorld
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Qarabağ"- "Kopenhagen"lə qarşıya-qarşıya gələcək.
TurkicWorld xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün "Azərsun Holdinq" tərəfindən xüsusi fan zona yaradılacaq.
Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.
Qeyd edək ki, "Qarabağ" futbol klubu 2001-ci ildə "Azərsun Holdinq" tərəfindən himayəyə götürülüb.