RU

Çayların tərkibində təhlükəli pestisidlər AŞKARLANDI – SİYAHI/FOTO

Rusiyada satışda olan çaylarda həyati təhlükə yaradan pestisidlər aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyada satışda olan bir neçə məşhur çay markasında sağlamlıq üçün təhlükəli pestisidlər tapılıb.

“Qrinfild”, “Tess”, “Teatale”, “İstford”, “Beseda”, “Zolotaya Çaşa”, “Qorod Rossii”, “Tri Drujnıy Slona” markalı çaylarda zəhərli maddələr aşkar edilib.

Ümumilikdə 20-dən çox beyinə və ümumi sağlamlığa mənfi təsir göstərən toksik birləşmələr aşkarlanıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu maddələr uzunmüddətli istehlak zamanı ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Yoxlamalar məcburi nişanlama sisteminin tətbiqindən əvvəl aparılıb.

Qeyd edək ki, bir çox istehsalçı bu sistemin tətbiqinin təxirə salınmasını tələb etmiş və təchizat zəncirində mümkün pozuntular barədə xəbərdarlıq etmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
1
interpress.az

2Источники