RU

Rusiyanın ən böyük neft emalı zavodu yanır

Vətəninfo.az xəbər verir ki, Rusiya Federasiyasının Yaroslavl şəhərində “Slavnafta” şirkətinə məxsus “Yaroslavnefteorgsintez” adlı iri neft emalı zavodunda güclü yanğın baş verib. Hadisənin görüntüləri Rusiya teleqram kanalları, xüsusilə də Astra tərəfindən yayılıb.

Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev yanğın faktını təsdiqləyib. O bildirib ki, hadisənin səbəbi texnogen xarakter daşıyır və bu, pilotsuz uçuş aparatı (PUA) hücumu ilə bağlı deyil:

“Sakinlər narahatlıq keçirirdilər ki, bu, düşmən hücumu ola bilər. Lakin bu gün hər hansı bir PUA qeydə alınmayıb,” – deyə qubernator bildirib.

Qeyd edək ki, “Yaroslavnefteorgsintez” Rusiyada gücünə görə beşinci yerdə qərarlaşan neft emalı zavodudur.

Xatırladaq ki, bundan əvvəl də bir neçə dəfə Rusiya ərazisindəki neft emalı zavodlarına Ukrayna dronları ilə hücumlar həyata keçirilib. Bu hücumlar nəticəsində istehsal dayanıb, yanacaq təchizatında fasilələr yaranıb və qiymətlərdə artım müşahidə olunub.

Избранный
22
veteninfo.az

1Источники