RU

DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - FOTOLAR

III MDB oyunları ilə əlaqədar Kür çayında Daxili İşlər Nazirliyinin katerləri fasiləsiz xidmət aparır.

Musavat.com xəbər verir ki, III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub.

Xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib. Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.


Избранный
12
17
musavat.com

10Источники