RU

“Krokus Siti Holl”la bağlı yeni xəbər: gələn il…

2024-cü ildə Moskvada terror aktının baş verdiyi “Krokus Sity Holl” yenidən fəaliyyət başlayacaq.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “Life  SHOT” məlumay yayıb.

Bildirilib ki, konsert zalının açılışı 2026-cı ilin yazında planlaşdırılır.

“Binanın yenidən qurulması başa çatmaq üzrədir: fasadda təmir işləri demək olar ki, başa çatıb, dam örtüyünün bərpası üzrə işlər aparılır”,- deyə əlavə edilib.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus Sity Holl” konsert zalında baş verib. “Piknik” qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfər həlak olub. İŞİD terrorun məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi üzrə cinayət işi açıb. Hadisə ilə bağlı ondan çox şəxs saxlanılıb.

Избранный
14
1
konkret.az

2Источники