RU

Avropa Şurası: Netanyahunun Qəzzadakı hərəkətləri dözümsüzdür - ÖZƏL

Avropa Şurasının rəhbəri Antoniu Koştanın sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun Qəzza sektorunda və Fələstin ərazilərində atdığı addımlar "dözümsüzdür".
Olaylar.az xəbər verir ki, Koşta İspaniyanın El País qəzetinə verdiyi müsahibədə bildirib ki, Qəzzadakı humanitar vəziyyət qəbuledilməzdir. O əlavə edib ki, Avropa İttifaqı (Aİ) konfliktin həllinə töhfə verəcək təşəbbüsləri dəstəkləyir. "İsrail və Fələstin xalqları zorakılıq və terror olmadan birgə yaşamağa layiqdir. Yol çətindir, amma indi sülhə konkret ümid yaranıb", - deyə o vurğulayıb. Koşta xüsusi olaraq qeyd edib: "Netanyahunun Qəzza və Qərb sahilində atdığı addımlar dözümsüzdür".
Xatırladaq ki, 8 avqustda İsrailin hərbi-siyasi kabineti Netanyahunun Qəzza şəhərinin bütün ərazisini nəzarətə almaq və əməliyyatları genişləndirmək planını təsdiqləmişdi. 20 avqustda İsrail Müdafiə Ordusu Qəzzaya yaxın ərazilərdə əməliyyatlara başlayıb. 16 sentyabrda Netanyahu Qəzza şəhərində hücum əməliyyatının başladığını və HƏMAS hərbi strukturunun tam məhv edilməsinin məqsəd qoyulduğunu açıqlayıb. Hərbi mətbuat xidmətinin məlumatına görə, ordunun şəhərin təxminən 80%-inə nəzarət etdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники