RU

Sahibə Qafarova Cənubi Afrika Respublikasında işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 30-da Cənubi Afrika Respublikasının Keyptaun şəhərinə işgüzar səfərə gedib.

“İki sahil” xəbər verir ki, Keyptaun beynəlxalq hava limanda nümayəndə heyətini Cənubi Afrika Respublikası (CAR) Parlamentinin İctimai nəzarət komitəsinin sədri Cedrik Tomas Frolik, Azərbaycanın CAR-da müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərdə Milli Məclisin sədri "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak edəcək.

Sahibə Qafarovanın sammitdə çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Избранный
7
15
ikisahil.az

10Источники