Sumqayıt şəhərində abad məhəllələrin yaradılması istiqamətində növbəti addım atılır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyəti bu məqsədlə 1 milyon 166 min manat dəyərində satınalma müsabiqəsi elan edib.
Satınalma çərçivəsində Sumqayıt şəhərinin 40-cı məhəlləsində bir sıra işlərin görülməsi nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi ilə məhəllənin infrastrukturunun yenilənməsi, elektrik təchizatının yaxşılaşdırılması və əhalinin rahatlığı üçün zəruri abadlıq işlərinin görülməsi planlaşdırılır.