RU

Rusiya neft emalının 40 faizini itirib Ukrayna PUA ları Rusiyada benzin istehsalını nə qədər azaldıb?

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sentyabrın 28-nə Rusiya üzrə neft emalı zavodlarında ilkin neft emalı gücünün 38%-i sıradan çıxıb. Bu da sutkada 338 min ton yanacaq çatışmazlığı deməkdir.

“AzPolitika” xəbər verir ki, bu barədə “RBK” məlumat yayıb.

Məlumatda deyilir ki, avqustda benzin və dizel yanacağı istehsalı üçün mövcud olan ümumi tutum 6%, sentyabrda isə daha 18% azalıb. Neft emalı zavodlarının dayanma müddəti isə miqyasına görə rekord həddə çatıb. Zavodların istehsal gücünün azalmasına gəlincə, avqustda bu, 23% - sutkada 206 min ton olubsa, sentyabrda artıq 38 faizə çatıb.

Hesablamalara görə, neft emalındakı fasilələrin təxminən 70%-i Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin hücumları nəticəsində baş verib. Sentyabra qədər bu hücumlar Rusiyanın neft emalı gücünün təxminən dörddə birini və ya gündə təxminən 236.000 ton məhsul istehsalını sıradan çıxarıb.

Sentyabr ayında daha dörd Rusiya neft emalı zavodu pilotsuz təyyarələrin zərbələrindən sonra istehsalı dayandırıb. Onların arasında Rusiyada ikinci ən böyük neft emalı zavodu olan Leninqrad vilayətindəki Kinef və böyüklüyünə görə ilk beşlikdə olan “Rosneft”-in Ryazan neft emalı zavodu da var. Birincisi hasilatı sentyabrın 14-də, ikincisi isə sentyabrın 5-də dayandırıb. Novokuybışevsk Neft Emalı Zavodu sentyabrın 20-də, “Qazprom”un Həştərxan Qaz Emalı Zavodu isə sentyabrın 22-də emalını dayandırıb. Əlavə edək ki, bu gün də Yaroslavldakı 5-ci ən böyük neft email zavodunda yanğın başlayıb.

Rusiyanın “Kommersant” nəşri isə öz mənbələrinə istinadla bildirib ki, nəticədə sentyabrda benzin istehsalı 1 milyon ton azalıb və daxili qıtlıq istehlakın 20%-nə çatıb.

Beləliklə, Ukraynada davam edən işğalçılıq müharibəsi digər ciddi problemlər, itkilər və fəsadlarla yanaşı, Rusiyaya böyük yanacaq qıtlığı da gətirməkdədir.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
azpolitika.info

1Источники