RU

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

Ağalar Qutun Kulis.az dərc olunan "Sayrışmaq, yoxsa səyrişmək: Səməd Vurğun əslində, nə etmişdi?" yazısı müzakirələrə səbəb olub.

Kulis.az tənqidçi - ədəbiyyatşünas Əsəd Cahangirin sözügedən yazı ilə bağlı fikirlərini təqdim edir.

Məhz Səməd Vurğun “sayrışmaq” sözünü işlədəndən sonra bu söz ümumiişləklik keyfiyyəti qazanıb. Mən bu fikirləri özümdən uydurmamışam.

"Səməd Vurğun 1937-ci ildə yazdığı “Rəhbərə salam” şeirində "sayrışmaq" sözündən istifadə edir:

Bakının sayrışan yıldızlarından,

Çadrasız, boyasız türk qızlarından.

Uçan durnaların xoş avazından.

Bizim aşıqların simli sazından

Şərqin qapısında yanan bir şamdan,

Günəşli gündüzdən, aylı axşamdan,

Azad sənətimdən, azad dilimdən,

Mənə könül verən öz sevgilimdən,

Salam gətirmişəm hüzuruna mən

Bu gündən, gələcək qərinələrdən…


1940-50-60-cı illərin tənqidçiləri, alimləri hamısı bir ağızdan təstiq ediblər ki, bu sözü Qazax dialektindən ədəbi dilə gətirən ilk dəfə Səməd Vurğun olub. Daha sonra məşhurlaşıb, ümumiişləklik keyfiyyəti qazanıb.

Başa düşmürəm, Ağalar Qut niyə mənım adımı çəkir? Axı mənə qədər bu fikri çoxları səsləndirib!

Ola bilər, “sayrışmaq” sözünə “Koroğlu” dastanında, Qasım bəy Zakirin təmsilində və qeyrilərin əsərlərində rast gəlinir.

Избранный
59
kulis.az

1Источники