RU

Aytamart supermarket Sumqayıtda 1 yaşını qeyd edir: Endirimlər, əyləncələr, kampaniyalar

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Sumqayıtda fəaliyyət göstərən "Aytamart” supermarket 1 yaşını qeyd edir. Bir il əvvəl fəaliyyətə başlayan market qısa müddətdə şəhər sakinlərinin etimadını qazanaraq gündəlik alış-veriş üçün seçilən ünvanlardan birinə çevrilib.

Müştəri məmnuniyyətini daim ön planda tutan "Aytamart” bu müddət ərzində müştəri kartı sistemi, gözlənilən endirim kampaniyaları, geniş məhsul çeşidi, yüksək xidmət keyfiyyəti və rahat parkinq imkanı ilə alıcıların rəğbətini qazanıb.

Şirkətdən verilən məlumata görə, 4 oktyabr 2025-ci il tarixində Sumqayıtda keçiriləcək "Aytamart 1 yaş” tədbiri xüsusi fürsətlərlə yadda qalacaq. Tədbir üçün geniş planlama aparılır və şəhər sakinlərinin yanaşı, Sumqayıt və ətraf bölgələrdən də çoxsaylı alıcıların iştirakı gözlənilir.

Müştəriləri müxtəlif endirimlər, hədiyyələr və əyləncəli aktivliklər gözləyir.

Daimi kampaniyalar

* Hər həftə cümə günü: 50 manlıq alışda 50 bonus (50 bonus = 5 man)

* Hər həftənin şənbə-bazar günləri: 39 manlıq alışda 50%-dən çox endirimli məhsullar

Ad gününə özəl endirimli məhsullar

* Yumurta (10 ədəd) – 1,70 man deyil, 0,50 man

* Persil yuyucu toz (3 kq) – 12,45 man deyil, 8,99 man

* Rosko "Moloçniy” sosisləri (1 kq) – 16,90 man deyil, 7,99 man

* Bismak makaron (5 kq) – 4,00 man deyil, 3,49 man

* Şahane düyü (910 q) – 4,90 man deyil, 3,39 man

"Aytamart” rəhbərliyi qeyd edir ki, ilk il ərzində uğurlu fəaliyyət sayəsində güclü baza formalaşdırılıb. Qarşıdakı illərdə isə Azərbaycanın müxtəlif bölgələrində yeni filialların açılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
3
qaynarinfo.az

5Источники