RU

"Huner Group"dan Bakıya dəyər qatan yeni layihə: "Xocəsən Residence"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hər layihəsi ilə keyfiyyət standartlarını yüksəldən "Huner Group" bu dəfə də səs gətirəcək yeni bir işə imza atır. Şəhərin sıxlığından və səs-küyündən uzaqda, lakin, eyni zamanda, mərkəzə yaxın yerləşən premium yaşayış kompleksi "Xocəsən Residence"in inşası davam edir.
İdeal infrastrukturu və əlverişli yerləşmə mövqeyi ilə fərqlənən kompleks hər biri 14 mərtəbəli 12 binadan ibarətdir. Xocəsən qəsəbəsində, metronun "Xocəsən" stansiyasına 5 dəqiqəlik yerimə məsafəsində inşa olunan kompleksdən şəhər mərkəzinə, Bakı dairəvi yolu ilə ölkənin şimal və cənub regionlarına, o cümlədən Bakının ən böyük ticarət mərkəzləri olan "Binə", "Sədərək" və "Abşeron" ticarət mərkəzlərinə tıxacsız, birbaşa çıxış imkanı mümkündür.
Kompleks daxilində istirahət zonaları, uşaqlar üçün oyun guşələri, geniş şahmat sahəsi, futbol meydançası, o cümlədən ikimərtəbəli böyük alış-veriş və əyləncə mərkəzi, supermarketlər, butiklər, gözəllik salonları, fitnes və spa mərkəzi, kafe və restoranlar bina sakinlərinin xidmətində olacaq. İş görüşmələri və biznes fəaliyyətləri üçün kompleksin daxilində 14 mərtəbəli biznes mərkəzi fəaliyyət göstərəcək.
Yeraltı mərtəbələrdə və kompleks ətrafında yerləşən parklanma sahəsində avtodayanacaq yerləri təklif edilir. Ərazinin bütün əsas nöqtələrini 24 saat izləyən müşahidə kameraları və xüsusi mühafizə xidməti ilə sakinlər özlərini tam güvəndə hiss edəcəklər.
"Xocəsən Residence" yaşayış kompleksində 30% ilkin ödəniş və daxili kredit şərtləri ilə 1, 2, 3 və 4 otaqlı mənzillərə sahib olmaq mümkündür. Ətraflı məlumat üçün (050) 371-00-22 və (055) 471-00-22 nömrəsi ilə əlaqə saxlaya və ya "Huner Group"un Ağ Şəhərdə yerləşən baş ofisini ziyarət edə bilərsiniz.
Избранный
19
7
oxu.az

9Источники