RU

Almaniya kansleri ilə Ursula fon der Leyen arasında Ukrayna mövzusunda gərginlik – ÖZƏL

Almaniya kansleri Fridrix Mers ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında Ukrayna məsələsinə görə ciddi fikir ayrılığı yaranıb. 

Olaylar.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Mers, Leyeni Avropa İttifaqında səlahiyyətlərin mərkəzləşdirilməsinə can atmaqda tənqid edib və bəzi səlahiyyətlərin Brüsseldən Avropa paytaxtlarına geri qaytarılmasını istəyib.

"İndi biz Brüsseldəki bu maşının təkərlərinə çubuq soxmalıyıq", - deyə agentlik onun sözlərini sitat gətirib.

Məlumata görə, tərəflər arasındakı əsas ziddiyyət Ukrayna böhranı və onun həlli yolları ilə bağlıdır.

Qeyd edək ki, bundan öncə Fransadakı "Patriotlar" partiyasının lideri Florian Filippo da Ursula fon der Leyeni Avropa İttifaqı ölkələrini onların iradəsinə zidd olaraq münaqişəyə cəlb etməkdə günahlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники