2025-ci ilin ilk səkkiz ayında Azərbaycan 8 861 ton çay idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Dövr ərzində çayın idxalının statistik dəyəri 54,5 milyon ABŞ dolları təşkil edib. Bu, ümumi idxalın 0,36%-ni təşkil edir.
2024-cü ilin eyni dövründə ölkə 9 764 ton çay idxal etmiş, statistik dəyəri isə 50,5 milyon dollar olmuşdu. Həmin dövrdə çay idxalının payı 0,40% idi.
Gülnar Nazimqızı