RU

Xankəndidə məktəb direktoru vəzifəsindən azad edildi

Ajans.az-ın əldə etdiyi məlumata görə, Elm və Təhsil Naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, Cəmilə Əhmədova işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib və Cəmilə Əhmədova həmin vaxt məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu.Hazırda məktəbə yeni direktorun təyinatı ilə bağlı qərar verilməyib.

Избранный
20
9
Ajans.az

1Источники