
Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edib.Ulusum.az xəbər verir ki, bu barədə məlumatı S.Japarovun mətbuat katibi Askat Alagözov feysbuk hesabında paylaşıb. Onun sözlərinə görə, dövlət başçısı Prezident Administrasiyasının Hüquqi təminat şöbəsinin müdiri Murat Ukuşevə uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən ağır cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişiklikləri layihəsinin hazırlanmasını tapşırıb.Bildirilib ki, burada əsas olaraq söhbət uşaqlara qarşı təcavüz, eləcə də qadınların təcavüz edilərək qətlə yetitilməsinə görə ölüm cəzasının tətbiq edilməsi nəzərdə tutulur. Qeyd edək ki, sentyabrın 27-də Qırğızıstanda 17 yaşlı Aysuluu adlı qız 1984-cü il təvəllüdlü A.K. adlı şəxs tərəfindən təcavüzə məruz qalaraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb və müvəqqəti istintaq təcridxanasına yerləşdirilib. A.Alagözov bildirib ki, Aysuluunun qətlə yetirilməsinin araşdırılması S.Japarovun şəxsi nəzarəti altındadır. R.Daşdəmirova
Diqqət Çəkənlər
Fəsəli Resepti
ABŞ 100 İranlı Sığınacaq Axtaranı Deportasiya Etdi
Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olunub.