RU

"Kəpəz"in yeni baş məşqçisinin kimliyi YALNIZ BİZDƏ! - SON DƏQİQƏ

«Kəpəz»də vəziyyət artıq günbəgin dəyişmir, saatbasaat, anbaan dəyişir.

Klub rəhbərliyi az öncə şok qərar verib.

Baş məşqçi məsələsi ilə bağlı…

Deməli, son qərar belədir: Azər Bağırov yenidən komandanın sükanı arxasına qaytarılsın.

Ən qısa müddətdə bu qərar açıqlanacaq.

Gəncə təmsilçisi çempionatın gerid qalan altı turunda məğlubiyyətlə üzləşib. Yarışın xal qazanmayan yeganə iştirakçısı hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Adil Şükürov «Qəbələ»yə 0:3 hesablı yenilgidən sonra istefaya gedib. İyunda 2+1 illik müqaviləyə imza atmış mütəxəssislə kontrakta qarşılıqlı razılıq əsasında xitam verilib.

Azər Bağırov 2024-cü ilin sentyabrında baş məşqçi postunda məhz Adil Şükürovu əvəzləmişdi. «Sarı-göylər»i Premyer Liqada saxlaması istənilmiş, o da bu vəzifənin öhdəsindən gəlmişdi.

Fəqət, klubun yeni rəhbərliyi onunla yola davam etmək istəmədi, iyunda əməkdaşlığı dayandırdılar. Və indi də belə…

SPORTİNFO.AZ

Избранный
13
sportinfo.az

1Источники