RU

Kəlbəcərə qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Sitat.info”ya verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə alınıb.

Yüksək dağlıq ərazilərə - Kəlbəcər və Şahdağa qar yağıb.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçalada 20, Culfada 18, Şabranda 16 m/s-yə çatıb.

Şamaxı, Daşkəsən, Qax (Sarıbaş), Qusar, Qrız (Quba), Şəki, Zaqatala, Balakən, Şahdağ, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Избранный
11
49
sitat.info

10Источники