RU

Trampın Ərdoğana Rusiya şərti Türkiyə lideri nə cavab verib?

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə müdafiə sənayesi, xüsusilə F-35 proqramı müzakirə olunub. Ərdoğanın sözlərinə görə, yaxın günlərdə F-35-lərlə bağlı müsbət qərar verilə bilər.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Trampla Ərdoğan arasında görüş əlaqələrin inkişafında yeni mərhələ kimi qəbul edilməlidir:

“Türkiyə Trampın birinci prezidentliyi dönəmində F-35 proqramından çıxarılmışdı. Tərəflər yenidən bu məsələyə qayıdıblar. Tramp Türkiyəyə qarşı yeni şərt irəli sürüb: Ankara Rusiyadan qaz alışını dayandırmalıdır. Amma bu məsələ ikitərəfli danışıqlar prosesində həll oluna bilər. Görünür, danışıqlar aparılıb və Türkiyənin maraqları tanınır.

Ankaranın F-35 proqramına qayıtması və qırıcıların Türkiyəyə verilməsi bu ölkənin hərbi gücünü artıracaq. Türkiyə Yaxın Şərqdə güclü hərbi aviasiyaya malik olacaq. Təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyada da Türkiyənin geosiyasi mövqeləri güclənəcək.

Təbii ki, bu görüş iki dövlət arasında strateji dönüş nöqtəsidir. Yeni siyasi və təhlükəsizlik çağırışlarında birgə, koordinasiyalı fəaliyyət və siyasət həyata keçirmək üçün hər iki ölkə birgə çalışacaq”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
globalinfo.az

2Источники