ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tramp administrasiyası Tayvana mikroçip istehsalının 50%-ni ABŞ-yə köçürməsi üçün təzyiq edir.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ administrasiyası bununla bağlı Tayvana xəbərdarlıq edib. Əks halda, Tayvan Çindən ABŞ-nin vasitəsilə müdafiəsini itirə bilər.
Bununla bağlı ABŞ-nin Ticarət naziri H.Lutnik deyib: "Bizim çiplərimizin 95%-i buradan 9000 mil məsafədə (Tayvanda-red.) hazırlanır. Əgər siz öz çiplərinizi hazırlaya bilmirsinizsə, özünüzü necə qoruyacaqsınız?"
O, bu tələbin Tayvan üçün demək olar, qeyri-mümkün olduğunu etiraf edib, lakin Trampın bu məsələdə təkid etdiyini vurğulayıb: "Biz sizi qoruyuruq və bunu edə bilməyimiz üçün siz bizə özümüzü təmin etməkdə kömək etməlisiniz".
Tayvanın ən böyük çip istehsalçısı olan TSMC şirkəti artıq ABŞ fabriklərinə 100 milyard dollar sərmayə qoymağı vəd edib. Lakin ekspertlər ABŞ-nin çip təminatında tam müstəqillik əldə etməsinin 10-20 il çəkə biləcəyi barədə xəbərdarlıq edib.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.