ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
UEFA-nın rəsmi saytında “Qarabağ” – “Kopenhagen” matçına geniş yer verilib. Ali futbol qurumunun məqaləsində qeyd edilir ki, “köhlən atlar” Lissabonda “Benfika” üzərindəki qələbədən sonra uğuru davam etdirməyə çalışacaq: “Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda Danimarkanın ən güclü komandası “Kopenhagen”i qəbul edəcək. Həmçinin bildirilib ki, “Qarabağ” avrokuboklarda başqa Danimarka klubu ilə qarşılaşmayıb, “Kopenhagen” isə Azərbaycanın digər təmsilçilərinə qarşı oynamayıb: “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə vəsiqə qazanıb. İlk dəfə 2017/18 mövsümündə qrup mərhələsində çıxış etmiş, “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda sonuncu olmuşdu. Azərbaycan çempionu həmin oyunlarda iki xal toplamışdı. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində çıxış edən yeganə Azərbaycan klubudu. Bu, “Qarabağ” üçün avrokuboklarda ardıcıl 12-ci əsas mərhələdi. Ötən mövsüm Avropa Liqasının əsas mərhələsində azərbaycanlılar 8 oyundan 7-də uduzmuş (1 qələbə) və 36-cı yeri tutmuşdu. “Kopenhagen” isə 2023/24 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Ümumilikdə bu, danimarkalılar üçün ən nüfuzlu turnirdə 7-ci qrup mərhələsidi və bu, Danimarka klubları arasında rekord göstəricidi.Ötən mövsüm “Kopenhagen” Konfrans Liqasının 1/8 finalına çıxmış, orda “Çelsi”yə ümumi hesabda 1:3 məğlub olmuşdu. London təmsilçisi sonda turnirin qalibi olub.Sizi UEFA-nın yaydığı əsas statistika ilə tanış etməzdən əvvəl vurğulayaq ki, hər iki komanda avrokubok mövsümünə 2-ci təsnifat mərhələsindən başlayıb.- “Qarabağ” bu mövsüm Çempionlar Liqasında 7 oyunun 6-da qalib gəlib (1 məğlubiyyət). 1-ci turda Lissabonda “Benfika”ya qarşı 0:2 hesabından geridönüş edərək qalib gəlib. Bu, klubun turnirin əsas mərhələsində ilk qələbəsi oldu.- Son 4 Çempionlar Liqası oyununda “köhlən atlar” 13 qol vurub.- “Qarabağ” avrokuboklarda son 9 ev oyunundan 7-də məğlub olub (2 qələbə).- “Kopenhagen” əsas mərhələnin ilk oyununda evdə “Bayer-04”lə 2:2 oynayıb. Qolların 3-ü son 10 dəqiqədə vurulub. Danimarka çempionu bu avrokubok mövsümündə məğlub olmayıb (4 qələbə, 3 heç-heçə) və 5 oyunda qapısını toxunulmaz saxlayıb.- “Kopenhagen” Çempionlar Liqasının əsas mərhələsində son 4 oyunda məğlub olmayıb (2 qələbə, 2 heç-heçə).- Çempionlar Liqasının əsas mərhələsində son 20 səfər oyununda “Kopenhagen” yalnız 2 dəfə qələbə qazanıb (4 heç-heçə, 14 məğlubiyyət).- “Qarabağ”ın avrokuboklardakı son 43 oyunundan heç biri qolsuz bitməyib. Sonuncu belə oyun Avropa Liqasının 2022/23 mövsümünün qrup mərhələsinə aiddi: “Qarabağ” – “Olimpiakos” 0:0.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.