RU

Ukrayna Putinin Nova Kaxovkadakı adamını dronla öldürdü

Rusiya tərəfindən işğal olunmuş Nova Kaxovka şəhərində qondarma "şəhər şurasının rəhbəri" Vladimir Leontyev öldürülüb.

Olaylar.az xəbər verir ki, onun idarə etdiyi avtomobilə "Baba Yaga" tipli pilotsuz uçuş aparatı ilə zərbə endirilib. Hücum nəticəsində Leontyev ağır yaralanıb və qısa müddət sonra aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə Ukrayna ordusunun işğal olunmuş ərazilərdə dron hücumlarını intensivləşdirdiyini və Rusiyanın arxa cəbhəsindəki hədəflərə qarşı daha aktiv əməliyyat mərhələsinə keçdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
2
olaylar.az

3Источники